Bu ilin yanvar-oktyabr aylarında ölkədən 20 milyard 654,4 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,03 faiz çoxdur.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən təbii qazın dəyəri 6,9 faiz artaraq 7 milyard 932,1 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycandan 7 milyard 417,8 milyon dollar dəyərində 20 milyard 648,8 milyon kubmetr təbii qaz ixrac edilib.