Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) nümayəndələri arasında peşə hazırlığı layihəsinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə qida təhlükəsizliyi sahəsində peşəkar kadr potensialının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili və bu istiqamətdə aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Qida təhlükəsizliyi sisteminin davamlı inkişafında ixtisaslı və peşəkar kadrların hazırlanmasının əhəmiyyəti vurğulanıb. Layihənin perspektivləri, peşə hazırlığı proqramlarının məzmununun müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.