Qazaxıstanın “Xabar” Agentliyi ASC-nin sədr müavini Dauletxan Jiyenkulov və “Balapan” telekanalının direktoru Makpal Ükenova “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də olublar.
Qonaqlar AzTV-nin xəbər otağı, çəkiliş studiyaları və montaj məkanları ilə yaxından tanış olub, sosial media kontentinin hazırlanması prosesi barədə də məlumat alıblar.
Görüş zamanı iki ölkənin media qurumları arasında əməkdaşlıq perspektivləri və təcrübə mübadiləsi imkanları müzakirə edilib.