"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov televiziyanın təhlükəsizliyini təmin edən Polis əməkdaşları ilə görüşüb.
QSC sədri xidmətdə fərqlənən Polis əməkdaşlarına fəxri fərmanlar verib, 2 İyul - Polis işçilərinin peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi heyətini təbrik edib, şərəfli fəaliyyətində uğurlar arzulayıb.