Kəlbəcər rayonunda saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Report" xəbər verir ki, cinayət işi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə araşdırılır.
Q.Voskanyanın hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edir.
İş üzrə 5 nəfər zərərçəkmiş var.
Erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirlilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Q.Voskanyan 1983-cü ildə Ermənistanın paytaxtı İrəvanda anadan olduğunu bildirib.
O qeyd edib ki, orta təhsillidir, subaydır. Onun sözlərinə görə, ittiham aktı ona təqdim olunub.