Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov Türkiyəyə səfəri çərçivəsində YTB (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) rəhbəri Abdullah Erenlə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq istiqamətləri və AzTV əməkdaşlarının Türkiyədə təhsil məsələləri müzakirə olunub.