Dünyanın nüfuzlu səyyahları azad ərazilərdə: gördüklərindən dəhşətə gəldilər

Dünyanın nüfuzlu səyyahları azad ərazilərdə: gördüklərindən dəhşətə gəldilər

4 Fevral, 18:32 Sosial mediada paylaşın:

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir. Səyyahlar əvvəlcə Füzuli və Xocavənddə olub, sonra isə Şuşa şəhərinə səfər ediblər. Heyət üzvləri 3 gün ərzində Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Danimarkalı səyyah Maqnus Nelson bildirib ki, ilk dəfədir ki, işğaldan azad olunmuş əraziyə gelir: “Evlərin dağıldığının şahidi olduq. Biz yeni hava limanını gördük, cəmi 8 aya tikilib. Bu, çox yaxşı haldır. 5-10 ilə buraya yenidən gəlib hansı işlərin görüldüyünün şahidi olmaq maraqlı olardı. İndi ətrafa baxanda inana bilmirsən ki, insanlar burada yaşaya bilər. Çünki evlər yoxdur, minalar basdırılıb. Mən daha çox uşaqlara görə narahat oluram”.

Bu, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Bu isə prosesin davamı olmaqla, Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

CANLI YAYIM