Hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

1 Fevral, 18:59 Sosial mediada paylaşın:

Fevralın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 2-si qərb rayonlarından başlayaraq 3-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

 

CANLI YAYIM