Milli Məclis komitələrinin birgə iclası keçirilir

Milli Məclis komitələrinin birgə iclası keçirilir

1 Dekabr, 13:50 Sosial mediada paylaşın:

Dekabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclası keçirilir.

İclasın gündəliyinə 3 məsələ daxil edilib.

1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

2. “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

3. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

CANLI YAYIM