Son sutkada koronavirus əleyhinə 326 doza vaksin vurulub

Son sutkada koronavirus əleyhinə 326 doza vaksin vurulub

27 Noyabr, 18:11 Sosial mediada paylaşın:

Noyabrın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 326 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 72, ikinci doza vaksinlərin sayı 58, üç və daha çox doza vaksinlərin sayı 171, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 25-dür. Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 921 min 387, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 392 min 537, ikinci mərhələ üzrə 4 milyon 873 min 784, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 391 min 214, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 852-dir.

CANLI YAYIM