Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyənin “Habertürk” televiziya kanalının “Türkiyənin nəbzi” proqramının videoformatda qonağı olub.
H.Hacıyev verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları, Azərbaycana qarşı irəli sürülmüş saxta ittihamlar barədə danışıb.
Prezidentin köməkçisi bu müharibədə qardaş ölkə Türkiyənin Azərbaycana göstərdiyi dəstəkdən də danışıb.
Hikmət Hacıyevin qonaq olduğu verilişi təqdim edirik.