Oktyabrın 1-də saat 17.28-də Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.