Milli Hidrometeorologiya Xidməti noyabrın 26-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

 

Bu barədə xidmətdən bildirilib.

Qeyd olunub ki, Gəncə, Tərtər, Bərdə, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Yevlax, Şəki, Göyçay, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9–20,7 metr təşkil edəcək.