20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə konsert proqramı təqdim edilib.
Ağdam Muğam Mərkəzində keçirilən konsertdə əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi sükutla anılıb.
Konsert proqramında tanınmış incəsənət ustalarının ifasında Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri təqdim olunub, Azərbaycanın milli rəqsləri nümayiş etdirilib.