“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
ADY-dən bildirilib ki, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18 faiz artım), rayonlararası marşrutlarla 468 min (11 faiz artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 96 mindən çox sərnişin səfər edib.
Bu ilin oktyabrında 1,3 milyon nəfərdən çox sərnişin daşınmaqla aylıq sərnişin sayı üzrə ən yüksək göstərici qeydə alınıb.