2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili noyabrın 16-da başlayacaq və 20-dək davam edəcək.

 

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, beş gün davam edəcək payız tətilindən sonra ilk dərs günü altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində noyabrın 21-də, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə isə noyabrın 23-də olacaq.

Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd olunub ki, payız tətilinin müddəti Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qərarına uyğun müəyyənləşdirilib.