“Xankəndi” klubu maddi-texniki bazasının formalaşdırılması və müvafiq infrastrukturun yaradılmasından sonra doğma şəhərinə köçməyi planlaşdırır.

 

Klubdan verilən məlumata görə, rəhbərlik tərəfindən Xankəndi şəhər nümayəndəliyi ilə müvafiq məsələlər üzrə əlaqələrin qurulması, komandanın yerləşməsi üçün binanın müəyyənləşdirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulur.

İlkin plana əsasən, zəruri təşkilati və infrastruktur məsələləri həll olunduqdan və qış mövsümündən sonra komandanın Xankəndiyə köçürülməsi nəzərdə tutulur.

Köçürülmənin dəqiq vaxtı müvafiq şəraitin yaradılmasından asılı olacaq.

Qeyd edək ki, hazırda Xankəndidə komandanın daimi yerləşməsi üçün zəruri infrastruktur tam formalaşmadığından futbolçular və məşqçilər heyəti fəaliyyətlərini Bakıda davam etdirirlər.