Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz COP31 çərçivəsində Antalyada qurulan Azərbaycan pavilyonunu ziyarət edib.
Vitse-prezident burada Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb, pavilyonla yaxından tanış olub.
Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Cevdet Yılmaz COP31-in təşkili ilə bağlı hazırlıq işlərində Azərbaycanın COP29 təcrübəsinin Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını bildirib və bu prosesdə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.