Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.

 

Azərbaycan çempionu III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Maritsa” klubunu məğlub edib.

Plovdivdə keçirilən qarşılaşma təmsilçimizin 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab görüşü noyabrın 11-də keçiriləcək.

Qeyd edək ki, “Turan” II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivini hər iki oyunda məğlub edib – 3:0, 3:2.