Noyabrın 23-də Bakıda İtaliya-Azərbaycan biznes-forumu təşkil ediləcək.
Bu barədə İtaliyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, biznes-forumunda iştirak üçün qeydiyyat başlayıb.
Hər iki ölkənin dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının iştirakı ilə keçiriləcək forumda plenar iclas, tematik sessiyalar və B2B formatlı işgüzar görüşlərdən ibarət olacaq.
Biznes-forumun əsas məqsədi aşağıdakı sahələrdə iqtisadi və sənaye əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə etməkdir:
• Enerji: neft-qaz sektoru və bərpaolunan enerji mənbələri;
• İnfrastruktur, logistika və tikinti;
• Qabaqcıl sənaye, süni intellekt və yeni texnologiyalar: süni intellektin real iqtisadiyyatda tətbiqi, o cümlədən məlumat mərkəzləri, yüksək məhsuldarlıqlı hesablama sistemləri və süni intellekt infrastrukturu, eləcə də bu texnologiyaların istehsal, logistika, kənd təsərrüfatı və aqrar-sənaye kompleksində texnologiyaların transferi, turizm, ixracyönümlü xidmətlər, əczaçılıq və metallurgiya (polad və alüminium) sahələrində tətbiqi;
• Kritik xammal.