Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyanın Baş nazir Pedro Sançesə başsağlığı verib.

 

Bu barədə Prezidentin X sosial şəbəkə hesabında paylaşım edilib.

“İspaniyada baş vermiş faciəvi qatar qəzası məni dərindən kədərləndirib.

Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı verirəm”, - deyə paylaşımda bildirilib.