Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib.

 

Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 81-96-cı yerlər uğrunda görüşdə Cəbəllütariq yığması ilə üz-üzə gəlib. Görüş komandamızın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz günün ilk matçında Çili seçməsinə uduzub – 1:3.

Dünya çempionatı oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.