“Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” adlı plenar sessiya keçirilir.
Tədbirin tərəfdaşları BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyidir.
Plenar sessiyanın əsas məqsədi BMT-nin Sivilizasiyalar Alyansının həyata keçirdiyi proqramların gənclərə təsirini, onların cəmiyyətdə müsbət dəyişikliklərin təşviqində və sülh quruculuğu prosesində oynadıqları rolu ön plana çıxarmaqdır.