Şirvan Olimpiya İdman Kompleksində “Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
Şahmat Federasiyasından bildirilib ki, “Azərbaycan Şahmat Turu”nun təqviminə uyğun olaraq təşkil edilən festivalda 6 ölkəni təmsil edən 147 şahmatçı iştirak edir.
Açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərinin mərkəzi meydanında ucalan abidəsi ziyarət olunub. Festivalın açılış mərasimində iştirak edən qonaqlar yarış iştirakçıların uğurlar arzulayıblar.
Çıxışlarda bu cür beynəlxalq yarışların şahmatın inkişafı, xüsusilə regionda şahmatın daha geniş təbliği, eləcə də müxtəlif ölkələrdən olan şahmatçılar arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Daha sonra yarışın baş hakimi Şaiq Quliyev turnirin reqlamenti barədə məlumat verib və ilk tur start götürüb.
Festival oktyabrın 26-da yekunlaşacaq.