okioda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına və onun infrastrukturuna Yaponiya investisiyalarının cəlb edilməsinə həsr olunmuş konfrans keçirilib.

 

Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, tədbirdə müvafiq qurumların, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA), “ROTOBO” Assosiasiyasının və Yaponiyanın logistika sektorunun 100-ə yaxın nümayəndəsi iştirak edib.

Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov və Qazaxıstanın səfiri Erlan Baudarbek-Kojatayev təmsil etdikləri ölkələrin nəqliyyat sistemlərinin inkişaf strategiyalarını, eləcə də beynəlxalq logistika sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini təqdim ediblər.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Key Takagi beynəlxalq nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi üçün Orta Dəhlizin strateji əhəmiyyətini vurğulayıb.

Konfransda həmçinin Yaponiyanın Aktau limanının gömrük infrastrukturunun müasirləşdirilməsinə dəstəyi müzakirə olunub. Bunun üçün 719 milyon yenədək (4,5 milyon dollardan çox) Yaponiya qrantının ayrılmasını nəzərdə tutan layihə yüklərin yoxlanılma müddətini üç dəfə azaltmağa imkan verən iriölçülü rentgen kompleksinin quraşdırılmasını əhatə edir.

Bundan əlavə, iştirakçılara Almatı ilə Tokio arasında birbaşa müntəzəm aviareysin açılma planları barədə məlumat verilib.