“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 10 və 11 oktyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
ADY-dən bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək olar.