İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov Dünya Bankının nümayəndələri ilə “FIN-GROW” layihəsinin müzakirəsinə dair görüş keçirib.

 

İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşdə Dünya Bankının təqdim etdiyi “FIN-GROW” layihəsinin əsas istiqamətləri, eləcə də layihə çərçivəsində qismən kredit zəmanəti və kapital maliyyələşdirilməsi mexanizmlərinin tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, “FIN-GROW” layihəsi maliyyə resurslarına çıxışın genişləndirilməsinə, kiçik və orta biznesin maliyyələşdirilməsi imkanlarının artırılmasına, ilkin mərhələdə kapital maliyyələşdirilməsinin inkişafına, həmçinin sahibkarlıq və innovasiya ekosisteminin dəstəklənməsinə yönəlib.