Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qala gecəsi təşkil edilib.
Qala gecədə müxtəlif ölkələri təmsil edən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələri və biznes liderləri iştirak ediblər.
Tədbirdə Azərbaycan musiqisinin nümunələri səsləndirilib.