Sentyabrın 17-də Bakı şəhərində, Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı başlayıb.

 

Tədbir Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilir.

Ramil Usubov Prezident İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırır.