Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb.
İmzalanan sənədlər sırasında Bişkek Bəyannaməsi, əvvəllər qəbul edilmiş qərarlara dəyişiklik və əlavələrin edilməsi ilə bağlı sənədlər, həmçinin ümumi təhlükəsizlik məsələlərinə dair bəyanatlar yer alır.
Hazırkı sammit Qırğızıstanın 2025-2026-cı illərdə ŞƏT-ə sədrliyi çərçivəsində keçirilir və təşkilatın 25 illiyinə həsr olunub.
Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına “ŞƏT-in 25 ili: davamlı sülhə, inkişafa və rifaha doğru birlikdə” devizi altında sədrlik edir.