İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən avqustda icra edilən əməliyyatlara dair məlumatı açıqlanıb.

 

ANAMA-dan bildirilib ki, ötən ay ərzində piyadaəleyhinə 514, tankəleyhinə 121 mina və 2724 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Avqust ayında ümumilikdə 7 min 568,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.