“Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Bakı klubu İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub.