Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək.
Bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Tədbirin əsas icraçısı Dövlət Turizm Agentliyi, digər icraçıları isə Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirlikləridir.
Sənədə əsasən, 2026-2027-ci illərdə subsidiya şərtlərinin müəyyən edilməsi, normativ hüquqi akt layihələrinin hazırlanması və təsdiqlənməsi, subsidiya mexanizminin tətbiqinə başlanılması nəzərdə tutulur.