Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 7 milyon 473 min 413,9 ton xam neft ixrac edib.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu miqdarda məhsulun dəyəri 4 milyard 560 milyon 688,1 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 11,4 % az, dəyəri isə 3,1 % çoxdur.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 58,7 % olub.

7 ay ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.