Bu ilin yanvar-iyul aylarında Azərbaycan 19 milyon 752,6 min ABŞ dolları dəyərində 13 min 174,61 ton bitki və heyvan mənşəli piy və yağ ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 5 milyon 597,14 min ABŞ dolları (39,5 %), həcmi isə 2 min 605,22 ton (24,6 %) çoxdur.
Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.
7 ayda Azərbaycan həmçinin 167 milyon 318,2 min ABŞ dolları dəyərində 104 min 357,96 ton bitki və heyvan mənşəli piy və yağ idxal edib. Bu isə, ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 30 milyon 178,5 min ABŞ dolları (22 %), həcm baxımından isə 15 min 769,17 ton (17,8 %) çoxdur.
Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib.
Qeyd edək ki, 7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.