Almaniyanın Aşağı Saksoniya federal torpağının Uslar şəhərində yerləşən Bergbräu pivə zavodu 158 illik fəaliyyətindən sonra sentyabrın sonunda işini dayandıracaq.

 

Bu barədə "NDR" televiziyasına istiandən xəbər verilir.

Telekanalın məlumatına əsasən, müəssisə bazardakı qiymət təzyiqi, eləcə də xammal, qablaşdırma, enerji və işçi qüvvəsi xərclərinin artması səbəbindən rentabelliyini itirib. İstehsal sentyabrın 30-da dayandırılacaq, son pivə partiyası isə oktyabrın sonunadək satılacaq.

Qeyd olunur ki, müəssisənin bağlanması nəticəsində 16 əməkdaş işini itirəcək.

Uslar şəhərinin meri Torsten Bauer Bergbräu zavodunu şəhər tarixinin ayrılmaz hissəsi adlandırıb və yerli hakimiyyət orqanlarının Aşağı Saksoniyanın İqtisadiyyat Nazirliyinə müraciət edərək pivə zavoduna dəstək imkanlarının nəzərdən keçirilməsini xahiş etdiyini bildirib.