Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən cari ilin birinci yarısı üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten hazırlanaraq ictimaiyyətə təqdim edilib.

 

Maliyyə Nazirliyindən bildirilib ki, sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə dərc olunub.