Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi "Qarabağ" bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Ağdam klubu səfərdə Bolqarıstanın MOİK komandasının qonağı olacaq.
Sofiyadakı "Vasil Levski” adına Milli Stadionda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qarşılaşmanı Belçikadan olan Bram Van Drisş idarə edəcək.
Qeyd edək ki, komandalar arasında ilk matç qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0. Bu raundun güclüsü növbəti mərhələdə "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.