Azərbaycan çempionu “Neftçi”nin qadın futbolçulardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə ilk oyununa çıxacaq.

 

Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin 1-ci qrupunun yarımfinalında Monteneqronun “Buduçnost” komandası ilə qarşılaşacaq. Görüş Yunanıstanın Veria şəhərindəki stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Bu cütün qalibi Yunanıstanın PAOK və İsrailin “Hapoel” (Yerusalim) komandaları arasında keçiriləcək digər yarımfinal matçının qalibi ilə üz-üzə gələcək. Finalın qalibi UEFA Qadınlar Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanacaq.