Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində ilk oyuna çıxacaq.

 

Bakı klubu Finlandiyanın “KuPS” komandasını qəbul edəcək.

“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Finlandiyada olacaq.