Azərbaycan memarlıq tarixinin ən parlaq simalarından biri olan Memar Əcəmi Naxçıvaninin həyatı ilk dəfə genişmiqyaslı bədii-sənədli filmə çevrilir. Müxtəlif bölgələrdə davam edən çəkilişlərdə memarın yaradıcılığı və yaşadığı dövr yenidən canlandırılır. Doqquz əsr əvvəl daşlara həkk olunan bir istedadın yaradıcılığı haqqında film yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.

 

Memar Əcəmi haqqında günümüzə gəlib çatan məlumatlar daha çox onun yaratdığı abidələrdir. Film isə daşların arxasında qalan insanı, böyük sənətkarın keçdiyi yolu və onu dövrünün ən nüfuzlu memarlarından birinə çevirən hadisələri ekrana gətirməyə çalışıb.

Şəhərsalma və memarlıq ili çərçivəsində Mədəniyyət Nazirliyinin təşəbbüsü, Kino Agentliyinin dəstəyi ilə Azərbaycan Film Kinostudiyası və Şərq Film Azərbaycan şirkəti ilə istehsalı olan "Memar Əcəmi" daşlara həkk olunan taleh filminin istehsalına başlanılıb.
Filmdə təkcə bir sənətkarın taleyi deyil, həm də Atabəylər dövrünün elmi və mədəni mühiti canlandırılır. 

Filmin yaradıcı heyətində rejissor Elxan Cəfərov, ssenaristlər Yavər Rzayev, İlqar Fəhmi və Sərvər Bayramov, aktyor heyətində isə Bəhruz Vaqifoğlu, Sabirə Abdullayeva, Qurban İsmayılov və digər tanınmış sənətçilər yer alırlar.

Çəkiliş meydançasından hazırlanan reportajı videodan izləyə bilərsiniz: