ABŞ və İran müharibəyə son qoymaq və Hörmüz boğazını açmaq üzrə Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar.
Bu barədə “Axios” iki mənbəyə istinadən yazıb. Bildirilir ki, müqavilə artıq qüvvədədir.
Məlumata əsasən, sənədi ABŞ tərəfdən Prezident Tramp özü imzalayıb.
Mənbələr bildiriblər ki, vitse-prezident Vens və İran parlamentinin spikeri Məhəmməd-Bağer Qalibafın rəhbərlik etdiyi ABŞ və İran nümayəndə heyətləri arasında cümə günü İsveçrədə keçirilməsi planlaşdırılan görüş hələ də qüvvədədir.