Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San-Marino yığması ilə qarşılaşacaq.
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Qarşılaşmanı macarıstanlı hakim Marton Ruş idarə edəcək.
Xatırladaq ki, Azərbaycan millisi iyunun 5-də Malta ilə keçirdiyi ilk yoldaşlıq matçında 0:2 hesabı ilə uduzub.