Antalya Diplomatiya Forumu çərçivəsində əsas müzakirə olunan mövzular arasında “Dəyişən dünyada regional sahiblənmənin rolu” başlığı yer alıb.
İclasda Konqo Demokratik Respublikasının Prezidenti Felix Antoine Tshisekedi Tshilombo, Afrika Birliyinin Dövrü sədri və Burundi Prezidenti Evariste Ndayişimiye, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və El Salvador Respublikasının Vitse-prezidenti Felix Ulloa Jr. Duro Macutun mövzu ilə bağlı fikirləri dinlənilib.
İclasda qlobal idarəetmə strukturunun getdikcə daha çox qütbləşdiyi və parçalandığı bir dövrdə qeyri-müəyyənliklərin idarə olunmasının innovativ və gələcəyə yönələn yanaşmaları zəruri etdiyi bildirilib. Bu kontekstdə regional sahibliyin ortaq çağırışların həllində əsas hərəkətverici qüvvələrdən biri kimi getdikcə daha çox əhəmiyyət qazandığı vurğulanıb.
Bildirilib ki, münaqişələrin idarə olunmasından iqtisadi əlaqəliliyin gücləndirilməsinə qədər geniş bir sahədə regional platformalar, qlobal mexanizmlərin yetərsiz qaldığı hallarda daha praktik və kontekstə uyğun həllər təqdim edə bilir.