Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər Kuboku”na start verilib.

 

Güləş Federasiyasından bildirilib ki, U-17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ilk günündə Azərbaycanın 4 güləşçisi fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə İbrahim Həsənov (51 kiloqram) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.

Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıb. 51 kiloqramda Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov isə üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kiloqram) isə çempion olub.