Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev aprelin 1-də Azərbaycana səfərə gəlib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Gürsel İsmayılzadə və digər rəsmi şəxslər qarşılayıblar.