Humanitar yardım daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 31 vaqondan ibarət yük qatarı "Astara Dəmir Yolu" gömrük sərhəd buraxılış məntəqəsindən İrana yola salınıb.

 

Humanitar yardımın ümumi çəkisi 300 tondan çoxdur.

Xatırladaq ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü - dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.