"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşları təşkil olunan Novruz şənliyində bir araya gəliblər.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov tədbirdə çıxış edərək əməkdaşlara uğurlar arzulayıb və Novruz bayramı münasibətilə təbrik edib.
Tanınmış ifaçıların da olduğu şənlikdə əməkdaşlar, Novruzun simvolik elementi - tonqal ətrafında toplaşaraq, birlik və həmrəylik nümayiş etdiriblər.