Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Ölkə rəhbərləri İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadıqlarını deyiblər, qardaş Azərbaycan xalqına dəstəklərini ifadə ediblər.
Dövlətimizin başçısı telefon zənglərinə və mövqelərinə görə ölkə başçılarına minnətdarlığını bildirib.