“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüş keçirib.
Müzakirə zamanı tərəflər arasında Azərbaycan Televiziyasının fəaliyyəti, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.